Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar nəcib aksiyada fəal iştirak etdilər

0

  •           Aprel
    ayının 13-də qan xəstəliyi olan xəstələrə, hemofiliyalı xəstələrə yardım
    məqsədilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy
    rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən "Xocalı Rayon
    Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə qanvermə aksiyası keçirildi. "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən aksiyaya rayon icra hakimiyyəti aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrinin sağlamlığı imkan verən işçiləri qoşuldular.

           Mərkəzi Qan Bankının Gəncə Bölməsinin həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra
    onlardan qan götürülüb.

    Toplanan qan ehtiyatı
    yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət
    çəkən uşaqlar üçün istifadə olunacaq.Rayonumuzda ənənəvi hal alan nəcib aksiyada 100-ə yaxın donor iştirak etdi.

    Qeyd edək
    ki, ölkədə hemofiliya xəstələrinin qana böyük tələbatı vardır.
    Hemofiliya-qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə
    olunan irsi xəstəlikdir.
    Xəstəlik zamanı oynaqlara, əzələlərə və
    daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə
    nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində
    hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan
    axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır
    formasından əziyyət çəkən xəstələr oynaqlara və əzələlərə tez-tez qan axması
    nəticəsində əlil halına düşürlər.                    
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib53 dəfə
    Xocalılar nəcib aksiyada fəal iştirak etdilər

    Maraqlı gələ bilər
    52
    254
    43
    55